Modern.az

İsveçrə 1/4 FİNALDA

İsveçrə 1/4 FİNALDA

İdman

29 İyun 2024, 22:09

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

 

Modern.az xəbər verir ki, günün ilk oyununda İsveçrə və İtaliya yığmaları qarşılaşıblar. Berlin Olimpiya Stadionunda oynanılan görüş isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları 37-ci dəqiqədə Remo Freuler və 46-cı dəqiqədə Ruben Varqas vurub.

 

Bununla da İsveçrə seçməsi adını 1/4 finala yazdırıb.

 

Günün ikinci matçında Almaniya millisi Danimarkanı sınağa çəkəcək. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?