Modern.az

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer etdi

“Neftçi” “Qəbələ”nin yetirməsini transfer etdi

İdman

29 İyun 2024, 22:43

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

 

Klubdan Modern.az-a verilən məlumata görə, Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalanıb.

 

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, milli komandanın heyətində 4 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu heyətinə qatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Avtobus və metroda gediş haqqı dəyişdi - Xəbəriniz var?