Modern.az

Avro-2024: Növbəti 1/4 finalçı

Avro-2024: Növbəti 1/4 finalçı

İdman

1 İyul 2024, 21:59

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Fransa və Belçika yığmaları üz-üzə gəlib. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılan görüş fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 85-ci dəqiqədə Belçikanın heyətində avtoqol müəllifi olan Yan Vertongen vurub.

 

Bununla da Fransa adını 1/4 final mərhələsinə yazdırıb.

 

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Qeyd edək ki, daha əvvəl İsveçrə, Almaniya, İngiltərə və İspaniya yığmaları 1/4 finala vəsiqə qazanıblar. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ