Modern.az

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular

İdman

1 İyul 2024, 22:19

Azərbaycanı Paris Olimpiadasında təmsi

 

“Paris-2024” Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçuları bəlli olub.

 

Modern.az xəbər verir ki, ölkəmizi cüdo yarışlarında 9 çəki dərəcəsi üzrə 2 qadın və 7 kişi idmançı təmsil edəcək.

 

Qadınların yarışında Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) qüvvəsini sınayacaq.

 

Kişilərdən ibarət heyətdə isə Balabəy Ağayev (60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram), Elcan Hacıyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram) və Uşangi Kokauri (+100 kiloqram) yer alıblar.

 

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək təşkil olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ