Modern.az

Avro-2024: Türkiyə millisi 1/4 FİNALDA

Avro-2024: Türkiyə millisi 1/4 FİNALDA

İdman

3 İyul 2024, 00:55

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Avstriya və Türkiyə milli komandaları üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, gərgin şəraitdə keçən qarşılaşmada “ay ulduzlular” rəqiblərindən üstün olublar – 1:2.

 

Qarşılaşmada hesab ilk dəqiqədə açılıb. Künc zərbəsindən sonra yaranan qarışıqlıqdan Merih Demirel istifadə edərək hesabı açıb.

 

Oyunun 59-cu dəqiqəsində isə Arda Gülərin künc zərbəsindən yerinə yetirdiyi ötürmədən sonra Merih Demirel özünün və komandasının ikinci qoluna imza atıb.

 

Avstriya millisinin təsəlli qolunu oyunun 66-cı dəqiqəsində Mixael Qreqoriç vurub.

 

Bununla da Türkiyə milli komandası Avropa çempionatının ¼ final mərhələsinə yüksəlib.

***

00:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

 

Modern.az xəbər verir ki, Leyptsiqdəki "Red Bull Arena"da "ay-ulduzlular" hesabda öndədirlər - 1:0.

 

1-ci dəqiqədə Merih Demiral fərqlənib.

 

***

23:55

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasındakı oyunda birinci hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, ilk yarıdan sonra Türkiyə millisi 1:0 hesabı ilə qalib gəlir.

 

Qarşılaşmanın 1-ci dəqiqəsində Türkiyənin heyətində Merih Dəmiral komandasını önə keçirib.

 

Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.

***

23:02

Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində üz-üzə gələn Avstriya və Türkiyə yığmaları arasında oyun başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

 

Görüşü portuqaliyalı hakim Artur Diaş idarə edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”