Modern.az

UEFA bu işarəyə görə Türk futbolçunu cəzalandıra bilər

UEFA bu işarəyə görə Türk futbolçunu cəzalandıra bilər

İdman

3 İyul 2024, 17:10

Avstriya ilə matçda vurduğu qollarla Türkiyə millisinə qalibiyyət gətirən 26 yaşlı yarımmüdafiəçi Merih Demiral meydançada Türkün simvolu olan “Boz qurd” işarəsini göstərməklə hədəfə gəlib. O, bu işarəni göstərməklə gerçək bir türk sevdalısı olduğunu matçdan sonra verdiyi açıqlamada da vurğulayıb:

“Nə mutlu Türkəm deyənə. Çox xoşbəxtəm və çox qürurluyam türk olduğum üçün”.

Modern.az xəbər verir ki, Merih Demiralın meydançadakı jesti xarici KİV-lərdə qərəzli yazılara səbəb olub. Hətta artıq UEFA da bəzi çevrələrin tələbilə futbolçunun hərəkətini araşdırmağa başlayıb. Guya bu jestin arxasında hansısa “gizli mesaj” dayanır. Qərb mediasında iddia edilir ki, "Boz qurd" işarəsi faşizmə yuvarlanmış türklərin jestdir. Ona görə də Qərbdə bu jestə aşırı səviyyədə antipatiya var... Buna görə futbolçunu cəzalandıra bilərlər.

Qeyd edək ki, "Boz qurd” işarəsi isə Türkün dünyaya salamı deməkdir...

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”