Modern.az

UEFA "boz qurd"a görə Merihi cəzalandırdı - RƏSMİ

UEFA

İdman

5 İyul 2024, 14:42

UEFA İntizam Komitəsi Türkiyə milllisinin 26 yaşlı yarımmüdafiəçisi Merih Demiralla bağlı qərarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Demiral Avstriya ilə matçda qol sevincini "boz qurd" işarəsi ilə göstərdiyinə görə 2 oyunluq cəzalandırılıb.

 

Qərara əsasən, o, Türkiyə millisinin qarşıdakı 2 matçında oynaya bilməyəcək.

 

Merih Demiral meydançada Türkün simvolu olan “Boz qurd” işarəsini göstərməklə hədəfə gəlmişdi.

Bununla bağlı qalmaqal başlayandan sonra Almaniya səfiri hadisə ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Almaniyanın daxili işlər naziri Nensi Faserin Avropa çempionatının 1/8 final mərhələsində Avstriya ilə matç çərçivəsində "Boz qurd" salamı verən Merih Demirala qarşı UEFA-dan sanksiya tələbi etməsi olub. Türkiyə Xarici İşlər Nazirliyi alman səfirə etirazını bildirib.

Lakin görünən budur ki, UEFA sonda Almaniyanın tələbini yerinə yetirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər