Modern.az

AVRO-2024: İspaniya millisi yarımfinala vəsiqə qazandı

AVRO-2024: İspaniya millisi yarımfinala vəsiqə qazandı

İdman

5 İyul 2024, 22:46

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.

 

Modern.az xəbər verir ki, İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb.

 

Əlavə vaxtın 119-cu dəqiqəsində Mikel Merino İspaniya millisinə qələbə gətirən qola imza atıb.

 

Bununla da İspaniya seçməsi adını 1/4 finala yazdırıb.

 

Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaq. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər