Modern.az

İlham Əliyevdən Türkiyə millisinə dəstək: “...bunu qətiyyətlə pisləyirəm!”

İlham Əliyevdən Türkiyə millisinə dəstək: “...bunu qətiyyətlə pisləyirəm!”

İdman

6 İyul 2024, 09:29

"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm".

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Prezident daha sonra qeyd edib:

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!”.


Xatırladaq ki, UEFA İntizam Komitəsi Türkiyə milllisinin 26 yaşlı yarımmüdafiəçisi Merih Demiralı Avstriya ilə 1/8 final oyununda qol sevincini "boz qurd" işarəsi ilə göstərdiyinə görə 2 oyunluq cəzalandırıb.

Qərara əsasən, o, Türkiyə millisinin qarşıdakı 2 matçında oynaya bilməyəcək.

UEFA bu qərarı Almaniyanın daxili işlər naziri Nensi Faserin şikayəti əsasında qəbul edib.

Türkiyə millisi bu gün Avro-2024-ün 1/4 mərhələsində Niderland komandasına qarşı oynayacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu