Modern.az

\"Qarabağ\" dünya reytinqində 14 pillə İRƏLİLƏDİ

\

7 İyul 2024, 09:59

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Modern.az IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 504 komandadan ibarət siyahıya Azərbaycanın dörd təmsilçisi düşüb.

 

14 pillə irəliləyən "Qarabağ" (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

 

"Zirə" (62,25 xaç) səkkiz pillə irəliləyərək 361-ci, "Sabah" (60,75) doqquz mövqe artıraraq 379-cu, "Neftçi" (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

 

Qeyd edək ki, dünya reytinqinə İspaniyanın "Real" klubu (371 xal) başçılıq edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI