Modern.az

\"Qarabağ\" Almaniya klubuna UDUZDU

\

9 İyul 2024, 15:28

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununu keçirib.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Almaniyanın "Kayzerslautern" klubu ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Azərbaycan çempionunun heyətində yeganə qolu Elvin Cəfərquliyev vurub.

 

Qeyd edək ki, "Qarabağ" bu gün daha bir sınaq matçına çıxacaq. Həmin qarşılaşmada isə rəqib Çexiyanın "Viktoriya" (Plzen) komandası olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri