Modern.az

Naxçıvanda velosiped yarışı keçiriləcək

Naxçıvanda velosiped yarışı keçiriləcək

9 İyul 2024, 17:50

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Naxçıvan şəhərində 10 kilometr məsafə üzrə velosiped yarışı keçiriləcək.

Muxtar republikanın Gənclər və İdman Nazirliyindən Modern.az-a bildirilib ki, 14 yaşdan yuxarı hər kəsin qatıla biləcəyi yarışda iştirakçılar Heydər Əliyev Muzeyinin önündəki start xəttindən başlayaraq, öncədən müəyyənləşdirilmiş marşrut üzrə Uzunoba Təlim-Məşq İdman Kompleksinədək olan məsafəni qət edəcəklər.

İştirakçılar yarışa velosiped və idman geyimi ilə qatılmalı, şəxsiyyət vəsiqəsinin surətini təşkilatçılara təqdim etməlidirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri