Modern.az

Avropa çempionatının 2-ci finalçısı bu gün müəyyənləşəcək

Avropa çempionatının 2-ci finalçısı bu gün müəyyənləşəcək

İdman

10 İyul 2024, 07:50

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün ikinci finalçının adına aydınlıq gələcək.

 

Modern.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə komandaları münasibətləri aydınlaşdıracaqlar.

 

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.

 

Bakı vaxtı ilə saat 23:00-da Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda start götürəcək görüşü almaniyalı referi Feliks Şvayer idarə edəcək.

 

AVRO-2024

Yarımfinal

10 iyul

23:00. Niderland - İngiltərə

 

Baş hakim: Feliks Şvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park".

 

Qeyd edək ki, yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri