Modern.az

Millimiz Gürcüstana da qalib gəldi

Millimiz Gürcüstana da qalib gəldi

İdman

10 İyul 2024, 13:38

Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub.

 

Modern.az xəbər verir ki, qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan millimiz, Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb.

 

Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər.

 

Millimizin qrupdakı sonuncu oyunu 11 iyul Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır