Modern.az

"Zirə" Moldovada "Şerif"ə qalib gəldi 

"Zirə" Moldovada "Şerif"ə qalib gəldi 

İdman

11 İyul 2024, 23:22

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın "Şerif" və Azərbaycanın "Zirə" komandaları arasındakı ilk oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, Tiraspol şəhərində keçirilən görüş "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Matçda yeganə qolu 88-ci dəqiqədə Davit Volkov vurub.

 

Komandalar arasında cavab qarşılaşması iyulun 18-də Bakıda olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu