Modern.az

“Qarabağ”ın səfər oyununu macarıstanlı hakimlər idarə edəcək

“Qarabağ”ın səfər oyununu macarıstanlı hakimlər idarə edəcək

İdman

18 İyul 2024, 15:20

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln” komandasına qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

 

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü macarıstanlı hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi İştvan Vad olacaq. Ona həmyerliləri Vensel Tot və İştvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bentse Çonka yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln”–“Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu