Modern.az

“Zirə” Avropa Liqası ilə vidalaşdı

“Zirə” Avropa Liqası ilə vidalaşdı

18 İyul 2024, 23:11

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn “Zirə” və Moldovanın “Şerif” komandaları arasındakı cavab oyunu başa çatıb.

 

Modern.az xəbər verir ki, Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirilən görüşün 120 dəqiqəsi rəqibin 2:1 hesablı üstünlüyü ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb.

 

Burada daha dəqiq oynayan “Şerif” növbəti mərhələyə vəsiqə qazanıb - 5:4. Komandalar arasında baş tutan ilk görüş “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə bitmişdi. “Zirə” mübarizəsini UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək. Qartalların rəqibi Slovakiya təmsilçisi “Dunayska Ştreda” olacaq.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI