Modern.az

“Sumqayıt” Macarıstan klubuna məğlub oldu 

“Sumqayıt” Macarıstan klubuna məğlub oldu 

İdman

25 İyul 2024, 22:15

“Sumqayıt” komandası UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, “kimyaçılar” doğma meydanda Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 20-ci dəqiqədə “Sumqayıt”ın heyətində Səbuhi Abdullazadə açsa da, rəqibin heyətində 39-cu dəqiqədə Tobias Kristensen və 52-ci dəqiqədə Csaba Spandler fərqlənərək qələbəni gətiriblər.

 

Komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri