Modern.az

"Sabah" Avropada ilk qələbəsini qazandı 

"Sabah" Avropada ilk qələbəsini qazandı 

İdman

25 İyul 2024, 23:35

“Sabah” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

 

Modern.az xəbər verir ki, “tələbələr” Macarıstanda İsrailin “Makkabi” (Hayfa) komandasının qonağı olub. Görüş təmsilçimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Sabah”ın heyətində qolları Şafranko, Cesse Sekidika və Xəyal Əliyev vurublar.

 

Komandalar arasında cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri