Modern.az

İraqlı cüdoçu Paris-2024-dən kənarlaşdırılıb

İraqlı cüdoçu Paris-2024-dən kənarlaşdırılıb

26 İyul 2024, 17:12

İraqlı cüdoçu Sadjad Qanim Sehen Paris olimpiadasından müvəqqəti olaraq kənarlaşdırılıb.

 

Modern.az Beynəlxaq Test Agentliyinin (ITA) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub.

 

İyulun 23-də cüdoçudan götürülən dopinq testin nəticəsi müsbət olub. O, Paris-2024-də yarışa bilməyəcək və bununla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

 

İdmançı həmçinin B nümunəsnin nəticələrini də tələb etmək hüququna malikdir.

 

Qeyd edək ki, açılış mərasimi bu gün reallaşacaq Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri