Modern.az

Türkiyəli “sultanlar” Olimpiadaya qələbı ilə başladılar

Türkiyəli “sultanlar” Olimpiadaya qələbı ilə başladılar

İdman

29 İyul 2024, 13:36

Türkiyənin qadınlardan ibarət voleybol komandası Paris Olimpiadasının ilk oyununda Niderland millisi ilə ilə üz-üzə gəlib.

Modern.az xəbər verir ki, rəqibini 3:2 hesabı ilə məğlub edən Türkiyə millisi Olimpiadaya qələbə ilə başlayıb.

Maraqlıdır ki, 1-ci setdə 19-25, 2-ci setdə də 19-25 hesabı ilə uduzan Türkiyə millisi 3-cü setdə toparlana bilib və qalib gəlib - 25-21.

4-cü setdə (25-22) və 5-ci setdə (15-12) də qalib gələn Türkiyə ümumi hesabda Niderlandı 3-2 hesabı ilə məğlub edib.

Türkiyə 1 avqustda Dominikan Respublikası ilə, 4 avqustda İtaliya ilə üz-üzə gələcək.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu