Modern.az

İdmançımız fransalını məğlub etdi - Olimpiya çempionu oldu 

İdmançımız fransalını məğlub etdi - Olimpiya çempionu oldu 

İdman

29 İyul 2024, 20:51

Azərbaycan cüdoçusu Hidayət Heydərov "Paris-2024" XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib. Rəqibinə qızıl xal bölümündə ipponla qalib gələn cüdoçumuz Olimpiya çempionu adını qazanıb və “Paris-2024”də millimizin aktivinə ilk medalı yazdırıb.

 

Bununla da Hidayət Heydərov bu il həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb.

 

Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya qalib gəlib.

 

***

19:19

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinal görüşünə çıxıb.

 

Moder.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı kosovolu Akil Qyakova ilə qarşılaşıb.

 

Rəqibinə qalib gələn H.Heydərov həlledici mərhələyə vəsiqə qazanıb.

 

***

15:48

Paris Olimpiadasında uğurlu çıxış edən Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinala vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, Azərbaycan cüdoçusu 1/4 final görüşündə kanadalı Artur Margelidon ilə qarşılaşıb.

73 kq çəki dərəcəsində çıxış edən idmançımiz rəqibini məğlub edib.

Hidayət Heydərov yarımfinal görüşündə kosovolu cüdoçu Akil Qyakovla üz-üzə gələcək.

***

Azərbaycan cüdoçusu Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda İsraildən olan Tohar Bitbulla qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn H.Heydərov növbəti raunda vəsiqə qazanıb. Onun 1/4 finaldakı rəqibi kanadalı Artur Margelidon olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu