Modern.az

16 ildən sonra gələn QƏLƏBƏ

16 ildən sonra gələn QƏLƏBƏ

İdman

29 İyul 2024, 21:21

Cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, bu uğura "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov imza atıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Fransa paytaxtında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirib.

 

Qeyd edək ki, daha əvvəl Elnur Məmmədli 2008-ci il Pekin Olimpiadasında eyni çəki dərəcəsində qızıl medal əldə edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu