Modern.az

“Qarabağ” bu gün Çempionlar Liqasında OYNAYACAQ

“Qarabağ” bu gün Çempionlar Liqasında OYNAYACAQ

30 İyul 2024, 09:48

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. 

Modern.az xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydanında Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gələcək. 

Qarşılaşma 20:00-da start götürəcək. İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, mərhələ adlayacaq tərəf üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. Bu iki cütün məğlubları isə UEFA Avropa Liqasında üz-üzə gələcəklər. 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq”

Baş hakim: Yakob Sandberq (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu 

İlk oyun - 2:0

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI