Modern.az

"Çox güclü idi..." - Hidayət Heydərovun fransalı rəqibi DANIŞDI

"Çox güclü idi..." - Hidayət Heydərovun fransalı rəqibi DANIŞDI

İdman

30 İyul 2024, 13:12

Xəbər verdiyimiz kimi, ötən gün cüdoçumuz Hidayət Heydərov 73 kq çəki dərəcəsində Paris Yay Olimpiya Oyunlarının qalibi olub. O, finalda fransalı Con Benjamin Qabaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

Modern.az-ın məlumatına görə, 23 yaşlı fransalı idmançı Con Benjamin Qaba azərbaycanlı cüdoçu haqqında təəssüratlarını bölüşüb.

 

O, Fransa mətbuatına açıqlamasında final qarşılaşmasının çox gərgin keçdiyini bildirib. "Mən var qüvvəmlə mübarizə aparırdım, qızıl medalı əldə etməyə çalışırdım. Heç kim buna inanmasa da, mən özüm sona qədər inandım. Təbii ki, medal qazandığım üçün sevinirəm. Növbəti dəfə qızıl uğrunda mübarizə aparacağam".

 

Con Benjamin Qaba etiraf edib ki, finalda qarşılaşdığı Hidayət Heydərov çox güclü rəqibdir:

 

"Düşünürəm ki, yaxşı mübarizə apardım. Məğlubiyyətə görə heç kimi günahlandırmıram. Heydərov çox güclüdür".

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI