Modern.az

Olimpiada mənim üçün yaxşı təcrübə oldu

Olimpiada mənim üçün yaxşı təcrübə oldu

İdman

31 İyul 2024, 00:39

Yarışda medal qazanacağıma çox ümidli idim.

 

Modern.az xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında çıxışını başa vuran kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova deyib.

 

İdmançı turnirə yaxşı hazırlaşdığını söyləyib: "Gündə iki dəfə məşq edirdim. Təəssüf ki, medalsız qayıdacağam. Buna baxmayaq, mənim üçün yaxşı təcrübə oldu. Növbəti Olimpiadada mükafatçılar sırasında olacağıma ümid edirəm”.

 

Qeyd edək ki, Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixuana qalib gəlməsinə baxmayaraq, növbəti raundda almaniyalı Mişel Kroppenə məğlub olaraq turnirlə vidalaşıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI