Modern.az

"Sumqayıt" Macarıstanda cavab oyununa çıxır

"Sumqayıt" Macarıstanda cavab oyununa çıxır

İdman

31 İyul 2024, 08:48

"Sumqayıt" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində növbəti oyununu bu gün keçirəcək.

 

Modern.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda cavab matçında Macarıstanda "Fehervar"ın qonağı olacaq.

 

"Mol Arena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü isveçli hakim Kristoffer Karlsson idarə edəcək.

 

Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI