Modern.az

Elcana qarşı haqsızlıq olmayıb - AÇIQLAMA

Elcana qarşı haqsızlıq olmayıb - AÇIQLAMA

31 İyul 2024, 21:48

“Paris-2024” Yay Olimpiya Oyunlarında cüdoçumuza qarşı haqsızlıq edilməyib.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Elcan Hacıyevin (90 kiloqram) fransalı rəqibi Maksim-Qael Hambu ilə görüşündə ədalətsizliyə məruz qalması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

 

O, idmançımızın tətbiq etdiyi fəndin hesaba alınmamasının səbəbini açıqlayıb: “Daha əvvəl hakim dayanma işarəsi vermişdi. Elcan fəndi həmin işarədən sonra tətbiq etdi. Ona görə də qeydə alınmadı”.

 

Qeyd edək ki, Elcan Hacıyev Maksim-Qael Hambu ilə görüşdə məğlub olaraq mübarizəni dayandırıb. O, mübarizə zamanı çiynindən zədə alaraq xəstəxanaya aparılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI