Modern.az

"Sumqayıt" Avropada mübarizəni dayandırdı

"Sumqayıt" Avropada mübarizəni dayandırdı

İdman

31 İyul 2024, 23:24

“Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, Samir Abasovun komandası Macarıstanın “Fehervar” kollektivinin qonağı olub. “Mol Arena”da keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

 

“Fehervar” ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə vəsiqə qazanıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu