Modern.az

Azərbaycan UEFA reytinqində geriləyib

Azərbaycan UEFA reytinqində geriləyib

İdman

1 Avqust 2024, 10:08

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə heç-heçə etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.

 

Modern.az xəbər verir ki, 0:0 hesabıyla başa çatan oyun sayəsində ölkənin aktivinə 0,125 xal yazılıb. Azərbaycan hazırda 18,125 xalla 25-ci sıranı tutub. Komanda ötən günlə nisbətdə bir pillə geriləyib.

 

Aktivində eyni xalı olan Slovakiya 4 təmsilçisinin də mübarizəni dayandırmaması səbəbindən 24-cü pillədə göstərilib.

 

Reytinqə 89,160 xalla İngiltərə başçılıq edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu