Modern.az

"Sumqayıt" mövsümə qələbə ilə başladı 

"Sumqayıt" mövsümə qələbə ilə başladı 

İdman

3 Avqust 2024, 23:19

Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.

Modern.az xəbər verir ki, günün ikinci qarşılaşmasında “Sumqayıt” “Kəpəz”i (Gəncə) qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Səbuhi Abdullazadə və Rəhim Sadıxov vurublar.

Günün ilk oyununda “Neftçi” və “Turan Tovuz” komandaları qolsuz heç-heçə edib.

Ötən gün mövsümün açılış oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Komandolar 30 dəqiqəyə düşməni darmadağın edib - ŞOK FAKTLAR