Modern.az

Yarışdan sonra karyerasını başa vurdu

Yarışdan sonra karyerasını başa vurdu

İdman

7 Avqust 2024, 11:47

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti karyerasını başa vurub.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

35 yaşlı pəhləvan Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra güləşlə vidalaşıb. O, Paris-2024-də beşinci yeri tutaraq medalsız qalıb.

Qeyd edək ki, Şəriəti 2016-cı ildə Rio-de-Janeyrodakı olimpiadada bürünc mükafat əldə edib. Təcrübəli idmançı 2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdəki Avropa çempionatında gümüş medal qazanmışdı.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu