Modern.az

“Paris-2024”: Niderlandlı velosipedçi dünya rekordunu yenilədi

“Paris-2024”: Niderlandlı velosipedçi dünya rekordunu yenilədi

İdman

7 Avqust 2024, 16:32

Niderlandlı velosipedçi Harri Lavreysen “Paris-2024” Yay Olimpiya Oyunlarında dünya rekorduna imza atıb.

 

Modern.az xəbər verir ki, o, trek velosipedinin sprinti növünün seçmə mərhələsində birinci yeri tutub. İdmançı buna 9.088 saniyə nəticə göstərərək nail olub.

 

Bundan əvvəlki rekord (9,215 saniyə) onun həmyerlisi Cefri Hoqlanda məxsus idi.

 

Bu kateqoriya üzrə avstraliyalı Metyu Riçardson (9,091 saniyə) ikinci, israilli Mixail Yakovlev (9,152 saniyə) isə üçüncü sırada qərarlaşıb.

 

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu