Modern.az

"Zirə” bu gün Konfrans Liqasının cavab oyununa çıxacaq

"Zirə” bu gün Konfrans Liqasının cavab oyununa çıxacaq

İdman

29 Avqust 2024, 10:48

"Zirə” klubu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununu keçirəcək.

Modern.az xəbər verir ki, "Zirə” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü latviyalı FIFA referisi Vitali Spasennikov idarə edəcək.

Qeyd edək ki, “Zirə” səfərdə keçirilmiş ilk oyunda rəqibinə 0:6 hesabı ilə uduzub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu