“Sabah” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Modern.az xəbər verir ki, “tələbələr” səfərdə “Sent Patriks Atletik”lə (İrlandiya) üz-üzə gəliblər. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda baş tutacaq.