Modern.az

“Paris-2024”: Turan Bayramov ilk görüşdə məğlub oldu

“Paris-2024”: Turan Bayramov ilk görüşdə məğlub oldu

İdman

9 Avqust 2024, 15:01

Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

 

Modern.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov (74 kiloqram) 1/8 finalda albaniyalı Çermen Vəliyevi sınağa çəkib.

 

Güləşçimiz ilk hissədən sonra hesabda öndə olsa da, ikinci hissədə üstünlüyü əldən verərək məğlub olub - 3:4.

 

Daha əvvəl Giorgi Meşvildişvili (125 kiloqram) misirli Diaeldin Əbdülmüttəlibə qalib gələrək 1/4 finala adlayıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri