Modern.az

"Paris-2024": Hacı Əliyev məğlub oldu 

"Paris-2024": Hacı Əliyev məğlub oldu 

İdman

10 Avqust 2024, 15:55

Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev bu mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevlə qarşılaşıb. O, rəqibinə 3:10 hesabı ilə uduzub. Rəqib finala vəsiqə qazansa, idmançımız bürünc medal uğrunda görüşə qatılmaq şansı əldə edəcək.

 

***

14:51

Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

 

Modern.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev 1/8 finalda meksikalı Ostin Qomeslə qarşılaşıb. Rəqibinə 7:0 hesabı ilə qalib gələn idmançı 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə Macarıstan təmsilçisi İsmail Muszukayevlə üz-üzə gələcək.

 

Bu gün, həmçinin digər sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) Dominikan Respublikasından olan Luis Miqel Peresi məğlub edərək adını növbəti raunda yazdırıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi