Modern.az

Güləşçimiz yarımfinalda uduzdu 

Güləşçimiz yarımfinalda uduzdu 

İdman

10 Avqust 2024, 21:16

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb.

 

Rəqibinə 0:5 hesabı ilə uduzan M.Maqomedov sabah bürünc medal uğrunda mübarizə aparacaq.

 

Digər sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) isə yarışı medalsız başa vurub.

 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi