Modern.az

"Paris-2024": Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları

"Paris-2024": Azərbaycanın bağlanış mərasimindəki bayraqdarları

11 Avqust 2024, 00:17

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarının bağlanış mərasimindəki bayraqdarları bəlli olub.

 

Modern.az xəbər verir ki, tədbirdə bayrağımızı taekvondoçu Qaşım Maqomedov və bədii gimnast Zeynəb Hümbətova dalğalandıracaqlar.

 

Bağlanış mərasimi avqustun 11-də keçiriləcək.

 

Qeyd edək ki, Qaşım Maqomedov Paris Olimpiadasında gümüş medal qazanıb, Zeynəb Hümbətova isə qrup hərəkətləri komandasının heyətində beşinci yeri tutub.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu