Modern.az

Hacı Əliyev karyerasını başa vurdu

Hacı Əliyev karyerasını başa vurdu

İdman

11 Avqust 2024, 20:08

Paris-2024 Yay Olimpiya Oyunlarını mükafatsız başa vuran Hacı Əliyev karyerasını bitirib.

 

Modern.az xəbər verir ki, 33 yaşlı idmançı bu barədə özünün instaqram hesabında paylaşım edib.

 

O, fotosunu paylaşaraq “Bu da son!” deyib.

 

Qeyd edək ki, Hacı Əliyev 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında bürünc medal, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum