Modern.az

Bu da Hidayətlə Zelimin "Şöhrət" ordenləri - FOTOLAR

Bu da Hidayətlə Zelimin "Şöhrət" ordenləri - FOTOLAR

İdman

14 Avqust 2024, 16:09

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.

 

Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.

 

Modern.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan Hidayət Heydərov və Zelim Kotsoyev görüşdən sonra onlara verilən “Şöhrət” ordeninin fotosunu instaqram hesablarında paylaşıblar.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev “Şöhrət” ordeni ilə təltif edilib.

 

Hidayət Heydərov və Zelim Kotsoievə, həmçinin 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən), onların məşqçilərinə isə 300 min manat (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) veriləcək.

 

1371003

1371002

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu