Modern.az

Azərbaycan güclü idman dövlətidir - Azər Kərimli

Azərbaycan güclü idman dövlətidir - Azər Kərimli

İdman

14 Avqust 2024, 21:00

Azərbaycan idmançılarının Paris Yay Olimpiya Oyunlarında göstərdikləri nəticə, ölkəmizin dünyanın ən güclü 30 ölkəsi arasında yer alması böyük nailiyyətdir və əldə olunan uğur sübuta yetirir ki, Azərbaycan güclü idman dövlətidir.

 

Bu sözləri Modern.az saytına açıqlamasında VI çağırış Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Azər Kərimli qeyd edib ki, Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır və məhz dövlətimizin başçısının gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə, sağlam həyat tərzi sürmələrinə, idmana verdiyi yüksək önəm bu gün Azərbaycan idmançılarının Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında əldə etdikləri uğurları şərtləndirən başlıca amil kimi dəyərləndirilməlidir:

 

“Cənab Prezident XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı çox mühüm bir məqama diqqət çəkdi və idmançılarımızın davranış qaydalarının hər bir azərbaycanlını sevindirdiyini vurğuladı. Həqiqətən də, olimpiyaçılarımız, xüsusilə də qızıl medal qazanan, digər yüksək mükafatlara layiq görülən idmançılarımız öz davranışları ilə yüksək idman mədəniyyəti nümayiş etdirməklə yanaşı, ləyaqətli, qürurlu, ədalətli, vicdanlı azərbaycanlı obrazının bütün cizgilərini qabarıq şəkildə təqdim etməyi bacardılar və bu Azərbaycan idmanının ikiqat uğuru kimi dəyərləndirilməlidir”.

 

Deputat Azərbaycan idmançılarının daha çox medallar qazanmaq potensialında olduqlarını da vurğulayıb:

 

“Bir çox hallarda hakimlərin ədalətsizliyi, idmançılarımızın zədələnmələri, bəzən isə, sadəcə şansızlıq idmançılarımızın daha çox medal qazanmalarına mane oldu. Amma cənab Prezidentin qeyd etdiyi kimi, bu idmandır və burada qələbə də məğlubiyyət də olur. Əsas odur ki, Azərbaycanda idmana maraq gündən-günə artır, idmanın ən müxtəlif növləri inkişaf edir. Şübhə etmirəm ki, qarşıdakı Yay Olimpiya oyunlarında daha böyük uğurlara imza atacaqlar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ