Modern.az

Özbək futbolçu Azərbaycan klubunda

Özbək futbolçu Azərbaycan klubunda

İdman

14 Avqust 2024, 21:38

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

 

Klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, komanda son mövsümü Özbəkistan təmsilçisi “Surxon Termiz”də keçirmiş Liberiya millisinin üzvü Silvanus Nimeli ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı hücumçu "kimyaçılar"da 99 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, “Sumqayıt” buna qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç və Sərtan Taşkını heyətinə qatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
PUTİN RAZILAŞDI, UKRAYNA ÖZ TƏKLİFİNDƏN İMTİNA ETDİ