Modern.az

“Neftçi”-“Sabah” matçının yeri yenidən dəyişdirildi

“Neftçi”-“Sabah” matçının yeri yenidən dəyişdirildi

İdman

17 Avqust 2024, 15:18

Azərbaycan Premyer Liqasının III turunda “Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək görüşün yeri yenidən dəyişdirilib.

 

Modern.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” “Liv Bona Dea Arena”nın ot örtüyünün UEFA Konfrans Liqasının oyunu üçün qorunması məqsədilə “Neftçi”yə müraciət edib.

 

“Sabah”ın məlumatlandırılması və PFL-in yekun qərarı ilə matç əvvəlcədən elan olduğu kimi “Liv Bona Dea Arena”da deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

 

Qeyd edək ki, qarşılaşma avqustun 18-də saat 20:30-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu