Modern.az

"Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi

"Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi

19 Avqust 2024, 09:10

Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

 

FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.

 

VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.

 

Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu