Modern.az

"Qarabağ" Zaqrebdə məğlub oldu - YENİLƏNİB

"Qarabağ" Zaqrebdə məğlub oldu - YENİLƏNİB

İdman

21 Avqust 2024, 01:01

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında oyun başa çatıb.

 

Modern.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Dinamo"nun heyətində Marko Pyasa və Sandro Kulenoviç (2 qol) fərqləniblər.

 

Komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

**

00:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə üçüncü qol vurulub.

 

Modern.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 80-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç dubl edib.

 

Matçı isveçli FIFA referisi Qlenn Niberq idarə edir.

 

***

 

00:50

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci qol vurulub.

 

Modern.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 75-ci dəqiqəsində meydan sahiblərinin heyətində Sandro Kulenoviç fərqlənib.

 

***

00:07

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ikinci hissə başlayıb.

 

Modern.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın ilk yarısından sonra meydan sahibləri 1:0 hesabı ilə qalib gəlir.

 

***

23:54

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə ilk hissə başa çatıb.

 

Modern.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmada fasiləyə meydan sahibləri 1:0 hesabı ilə üstün yollanıb.

 

***

23:36

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələn “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında görüşdə hesab açılıb.

 

Modern.az xəbər verir ki, Zaqrebdə yerləşən "Maksimir” stadionunda keçirilən qarşılaşmanın 29-cu dəqiqəsində rəqibin heyətində Marko Pyasa komandasını önə keçirib.

 

***

23:01

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandaları arasında matçıə start götürüb.

 

Modern.az xəbər verir ki, qarşılaşma "Maksimir" stadionunda keçirilir.

 

Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

 

***

22:27

 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandalarının start heyətləri açıqlanıb.

 

Modern.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

 

"Dinamo": İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyer-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin

 

Baş məşqçi: Sergey Yakiroviç

 

"Qarabağ": Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.

 

Baş məşqçi: Qurban Qurbanov

 

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu