Modern.az

Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır

Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır

İdman

21 Avqust 2024, 11:54

Bu gün Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq.

 

Modern.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı almaniyalı FIFA referisi Daniel Siebert idarə edəcək.

 

“Qalatasaray”ın heyətində Kaan Ayhan cəza, Davinson Sançez zədə, Barış Alper Yılmaz isə qida zəhərlənməsi səbəbindən qarşılaşmada forma geyinməyəcəklər.

 

Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu