Modern.az

Azərbaycan yığmalarının heyəti bəlli OLDU

Azərbaycan yığmalarının heyəti bəlli OLDU

İdman

21 Avqust 2024, 19:39

Basketbolun 3x3 növü üzrə Avropa kubokunda mübarizə aparacaq Azərbaycan millilərinin heyəti bəlli olub.

Modern.az xəbər verir ki, kişilərdən ibarət yığmamızın formasını Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Ender Poladxanlı və Cordan Devis geyinəcək.

Qadınlardan ibarət komandada isə Tatyana Deniskina, Aleksandra Mollenhauer, Dina Ulyanova və Mersedes Uolker yer alacaq. Avqustun 22-də start götürəcək Avropa kuboku ayın 25-dək davam edəcək.

Qeyd edək ki, turnirin oyunları Avstriyada keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu