Modern.az

 "Qarabağ" - "Dinamo" matçının biletləri satışa çıxarılır - Sabahdan...

 "Qarabağ" - "Dinamo" matçının biletləri satışa çıxarılır - Sabahdan...

İdman

21 Avqust 2024, 22:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin“Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.

 

Modern.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

 

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

 

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-i, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu