Modern.az

"Qalatasaray" İsveçrə klubuna məğlub oldu

"Qalatasaray" İsveçrə klubuna məğlub oldu

İdman

22 Avqust 2024, 08:52

Türkiyənin “Qalatasaray” komandası Çempionlar Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb.

 

Modern.az xəbər verir ki, İstanbul təmsilçisi səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Qalatasaray"ın heyətində Abdulkərim Bardakçı 84-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

 

Komandalar arasında cavab oyunu avqustun 27-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu